17:21 08-02-2021
news_image
162
FUTBOL

Təyinat almaq istəmir – vərəqələri ləğv olunan hakim

İngiltərəli hakim Mayk Din bir müddət təyinat almaması üçün Futbol Assosiasiyasına müraciət edib.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı referinin İngiltərə çempionatı matçlarından bir müddət kənar qalmaq istəyi son vaxtlar üzləşdiyi hədə-qorxulardır.

Din son vaxtlar sosial şəbəkələr vasitəsilə təhqir və hədələrə məruz qalıb. Azarkeşlər onun son oyunlardakı idarəciliyindən qəzəbini belə nümayiş etdirir.

O, Premyer Liqanın XXII turunda “Sauthempton” – “Mançester Yunayted” (0:9), XXIII turunda “Vest Hem” – “Fulhem” (0:0) matçlarını idarə edib. Din meydan sahibi olan komandalara üç qırmızı vərəqə göstərib: ikisi “Sauthempton”, biri “Vest Hem”. Lakin sonradan hər komandanın bir üzvünün vərəqəsi ləğv edilib.