17:29 08-02-2021
news_image
87
FUTBOL

“Mançester Siti” gözləyir, Aquero tələsir – yeni müqavilə üçün

İngiltərənin “Mançester Siti” klubu hücumçu Serxio Aquero ilə yeni müqavilə bağlamaqda tələsmir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi argentinalı forvardla danışıq aparmaq üçün bir müddət gözləməyi məqsədəuyğun bilir.

Lakin bu, 32 yaşlı oyunçunun heç də ürəyincə deyil. O, klubun gələcəklə bağlı planlarını tezliklə öyrənmək istəyir. Çünki Aqueroya Avropanın bir neçə klubundan konkret təkliflər var. Xüsusən də, İspaniya təmsilçisi “Barselona” kapitanı Lionel Messini saxlamaq üçün Aqueronu yayda heyətə qatmaqda maraqlıdır. 

Qeyd edək ki, Serxio Aqueronun “Mançester Siti” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.