17:56 08-02-2021
news_image
221
FUTBOL

Özünə klub tapdı - “Səbail”dən ayrılan futbolçu

“Səbail”in bu gün yola saldığı Bahadur Həziyev özünə yeni komanda tapmaq üzrədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 22 yaşlı hücumçu karyerasını “Keşlə”də davam etdirməyə yaxındır.

Heyəti zənginləşdirməyə çalışan paytaxt təmsilçisi gənc oyunçu ilə danışıq aparır. Həziyevin yaxın müddətdə Sənan Qurbanovun sərəncamında olması gözlənilir.

Həmçinin qış fasiləsində “Sabah”dan ayrılan Yevgeni Koçukun da mövsümün ikinci yarısını “Keşlə”də keçirəcəyi, demək olar ki, dəqiqləşib. Moldova millisinin yarımmüdafiəçisi ilə hərtərəfli razılıq əldə olunub. Yalnız münasibətlərin rəsmiləşməsi qalıb.