22:16 08-02-2021
news_image
86
FUTBOL

Daha 2 futbolçusunda koronavirus – “Atletiko”

İspaniyanın “Atletiko” klubunda daha iki futbolçu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yarımmüdafiəçilər Ektor Errera və Toma Lemarın testi pozitiv çıxıb. Hər iki futbolçu səhiyyə orqanlarının təlimatları və protokollarına uyğun olaraq karantinə alınıb. Bununla “Atletiko”da yoluxma sayı 6-ya yüksəlib. Yanvarın sonlarından bəri müxtəlif günlərdə Joao Feliks, Mussa Dembele, Yannik Karrasko və Mario Ermosonun da koronavirusa yoluxduğu müəyyənləşib.

Qeyd edək ki, “Atletiko” İspaniya La Liqasında 19 oyunda topladığı 50 xalla turnir cədvəlinə başçılıq edir.