00:03 09-02-2021
news_image
124
FUTBOL

Futbolçusuna 45 milyon avro qiymət qoydu – “Çelsi”

İngiltərənin “Çelsi” kubu yarımmüdafiəçisi Ross Barklini satmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, hazırda “Aston Villa”da icarə əsasında çıxış edən 28 yaşlı orta sahə oyunçusunun qiyməti də artıq müəyyənləşib.

“Zadəganlar” İngiltərə millisinin üzvünün transferindən 45 milyon avroluq gəlir əldə etməyi planlaşdırır. “Aston Villa” da qısa müddətdə komandanın liderinə çevrilən futbolçunun transferində maraqlıdır. Mövsümün sonunda klublar arasında maliyyə şərtləri müzakirə olunacaq.

Qeyd edək ki, Ross Barkli bu mövsüm Premyer Liqada keçirdiyi 14 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.