22:44 08-02-2021
news_image
80
FUTBOL

Maaş tələbi müştərilərini qaçırır - Alabanın

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba onunla maraqlanan klublara şərtini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun yüksək məvacib tələbi digər komandaları fikrindən daşındırır.

Son olaraq İngiltərə təmsilçisi “Çelsi” Avstriya millisinin üzvünə rəsmi təklif göndərib və Alaba 22 milyon avroluq maaş müqabilində ora keçə biləcəyini söyləyib. Ancaq “Barselona” və “Real” kimi, “zadəganlar” da məbləği yüksək hesab edir, oyunçudan güzəştə getməsini istəyir.

Qeyd edək ki, David Alabanın “Bavariya” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.