23:19 08-02-2021
news_image
86
FUTBOL

17 yaşlı futbolçu ilə müqavilə bağladı – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu gənc futbolçusu Şola Şoretire ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 

Səkkiz ildir “qırmızı şeytanlar”ın akademiyasında yetişən 17 yaşlı nigeriyalı ilk peşəkar müqaviləsinə qol çəkib. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinən sol cinah vingerin sözləşmə müddəti açıqlanmayıb.

Qeyd edək ki, Şola Şoretire cari mövsüm əvəzedici heyətdə 13 oyun keçirib, 5 qola imza atıb.