01:43 09-02-2021
news_image
142
FUTBOL

Messi ilə danışığa başlayacağı tarix – “Mançester Siti”nin

İngiltərənin “Mançester Siti” klubu Lionel Messinin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İspaniya “Barselona”sının kapitanının durumunu izləyir.

FİFA-nın transfer qaydalarına görə, istənilən klub argentinalı superulduzla danışıq aparmaqda sərbəstdir. Ancaq “şəhərlilər” martın ortalarından etibarən 34 yaşlı oyunçu ilə rəsmi danışıqlara başlamağı planlaşdırır. Leonun xidmətində həmçinin Fransa çempionu PSJ də maraqlıdır.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.