00:20 09-02-2021
news_image
124
FUTBOL

“Mançester Siti”ni Almaniyada qəbul etməyəcək – “Borussiya”

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir matçının yerini dəyişib.

Apasport.az saytının məlumatına görə, Mönhenqladbax “Borussiya”sı İngiltərə klubu “Mançester Siti”ni Almaniyada qəbul edə bilməyəcək.

Qitə futbol qurumu komandalar arasında ilk görüşün Macarıstanın Budapeşt şəhərində baş tutmasını qərara alıb. Həmin oyun fevralın 24-də olacaq. Cavab qarşılaşması isə martın 16-da olacaq.

Qeyd edək ki, bu ölkələrin digər təmsilçiləri olan “Leypsiq”lə “Liverpul” arasında Almaniyadakı qarşılaşma da fevralın 16-da Budapeştdə keçiriləcək. Bundan başqa “Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə) oyunu Rumıniyaya (Buxarest – 23 fevral), Avropa Liqasının 1/16 final mərhələsində “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya) görüşü isə İspaniyaya (Vilyarreal – 18 fevral) salınıb.