01:12 09-02-2021
news_image
124
FUTBOL

26 milyonluq itki – koronavirusa görə

Dortmund “Borussiya”sı 2020/21 mövsümünün ilk yarısının maliyyə hesabatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi bu müddət ərzində 26 milyon avro ziyana gedib.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərdir. Xüsusən də, tribunalardakı tamaşaçı azlığı və yayım hüquqlarının bu itkidə böyük təsiri olub. Həmçinin dortmundluların klub məhsullarının, yeməklərinin və içkilərinin satışında da azalma müşahidə olunur.

Qeyd edək ki, Almaniya hökuməti mövsümün əvvəlində yumşaltmaya getsə də, koronavirusun yenidən sürətlə yayılması sərt karantin rejiminə yol açıb.