02:27 09-02-2021
news_image
77
FUTBOL

İki yeni yoluxma – Premyer Liqada

İngiltərə Premyer Liqasında növbəti dəfə birhəftəlik koronavirus testinin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, fevralı 1-dən 7-dək ümumilikdə 2970 nəfərdən test götürülüb.

Bu siyahıda futbolçu və məşqçi heyəti ilə yanaşı, klub işçiləri də var. Adları açıqlanmayan iki nəfərin virusa yoluxduğu müəyyənləşib. Həmin şəxslər hazırda karantin şəraitində müalicə olunur.

Qeyd edək ki, Premyer Liqada bir həftə əvvəlki testlərdə 7 nəfərin nəticəsi pozitiv çıxmışdı.