09:33 09-02-2021
news_image
89
FUTBOL

La Liqada rekord – Ronaldonu arxada qoydu

Luis Suares İspaniya La Liqasında XXI əsrin rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu yeni komandasında ilk 17 oyunda ən çox qol vuran futbolçu olub.

Uruqvaylı XXII turun “Selta” ilə görüşündəki (2:2) dublla qol sayını 16-ya çatdırıb. Suares bununla da Kriştiano Ronaldonun rekordunu arxada qoyub.

Portuqaliyalı ulduz “Real”dakı debütündə 17 oyunda 15 qol vurub. Bu, 2009/10 mövsümündə qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ilin yayında azad agent kimi “Atletiko”ya keçən Suares 2 illik müqavilə imzalayıb.