09:37 09-02-2021
news_image
81
FUTBOL

Aparıcı futbolçusu vidalaşır – “Real”

İspaniyanın “Real” klubu müdafiəçisi Rafael Varanı sata bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Fransa millisinin üzvü ilə hələ də yeni müqavilə bağlanmamasıdır.

27 yaşlı oyunçu bununla bağlı narahatlığını rəhbərliyə bildirib. O, yeni sazişlə bağlı təklifin olub-olmayacağını öyrənmək istəsə də, “kral klubu” bu məsələdə tələsmir. Çünki madridlilər mövsümün sonunda onu satmaq barədə düşünə bilər. Belə olarsa, “Real” Varanın satışından minimum 50 milyon avroluq gəlir əldə etməyə çalışacaq.

Qeyd edək ki, PSJ və “Mançester Yunayted”in gündəmində olan Varanın klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.