09:44 09-02-2021
news_image
81
FUTBOL

Alban qapıçı alır – “Borussiya”

İtaliyanın “Latsio” klubunun qapıçısı Tomas Strakoşa karyerasını Almaniya Bundesliqada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı qolkiper Dortmund “Borussiya”sının maraq dairəsindədir.

Albaniyalı futbolçunun özü də Bundesliqa klubuna keçməyə razıdır. Əgər tərəflər arasında razılıq əldə olunsa, Strakoşa mövsümlərarası fasilədə klubunu dəyişəcək.

Qeyd edək ki, albaniyalının “Borussiya”nın maraq dairəsinə düşməsinə Niderland “Ayaks”ının qapıçısı Andre Onananın agır cəzalanması səbəb olub. Dortmundluların transfer etmək istədiyi kamerunlu qapıçı dopinqi görə diskvalifikasiya edildiyindən Bundesliqa klubunun nəzərləri Strakoşaya yönəlib.