11:07 09-02-2021
news_image
163
FUTBOL

FİFA prezidenti ilə görüşdü - Rövnəq Abdullayev

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb. 

Apasport.az saytının məlumatına görə, səfər çərçivəsində AFFA rəhbəri FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. 

Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Qeyd edək ki, hazırda Doha şəhərində klublararası dünya çempionatı keçirilir.