11:48 09-02-2021
news_image
184
FUTBOL

İstefa verdi – Krespo

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo baş məşqçisi olduğu “Defensa Hustisiya” klubunu tərk edib.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis uğursuzluq səbəbindən istefa verib.

Onun komandası Primerada pley-offa yüksələ bilməyib. “Defensa Hustisiya” “Kolon”, “İndependente” və “Sentral Kordova” ilə qrupda sonuncu yeri tutub. Bu üzdən də Krespo ötən ilin yanvarından çalışdırdığı klubdan ayrılıb.

Qeyd edək ki, “River Pleyt”in yetirməsi olan Ernan vaxtilə “Parma”, “Latsio”, “İnter”, “Çelsi”, “Milan” və “Cenoa” kimi klublarda üst-üstə 17 titul qazanıb.