12:01 09-02-2021
news_image
111
FUTBOL

Klub karyerasında ən çox qol vuranlar – 16 bombardir

Futbol tarixinin klub karyerasında ən çox qol vuran bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə 500 və daha çox qol vuranlar düşüb.

Siyahıya braziliyalılar başçılıq edir. Romario 1-ci, Pele 2-ci yerdədir. 

Karyerasını davam etdirənlərdən Kriştianu Ronaldo 3-cü, Lionel Messi 5-ci, Zlatan İbrahimoviç 15-cidir.

1. Romario (Braziliya) - 689
2. Pele (Braziliya) - 684
3. Ronaldo (Portuqaliya) - 661
4. Cozef Biscan (Çexoslovakiya) - 656
5. Lionel Messi (Argentina) - 651
6. Ferens Puşkaş (Macarıstan) - 645
7. Cimmi Cons (Şimali İrlandiya) - 635
8. Co Bambrik (Şimali İrlandiya) - 593
9. Eysebio (Portuqaliya) - 581
10. Herd Müller (Almaniya) - 566
11. Qlenn Ferqyuson (Şimali İrlandiya) - 562
12. Fernando Peyrateo (Portuqaliya) - 538
13. Cimmi Makqrori (Şotlandiya) - 538
14. Uve Zeeler (Almaniya) - 508
15. Zlatan İbrahimoviç (İsveç) - 501
16. Alfredo di Stefano   (Argentina/İspaniya) - 500