12:33 09-02-2021
news_image
74
FUTBOL

MLS-dən təklif – “Arsenal”ın sabiq müdafiəçisinə

İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Kiran Qibbs karyerasını MLS-də davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, hazırda “Vest Bromviç”də çıxış edən müdafiəçi “İnter Mayami”nin maraq dairəsindədir.

Devid Bekhemin sahiblərindən biri olduğu klub 31 yaşlı ingiltərəlinin arxa xətti gücləndirəcəyi qənaətindədir. Şimali amerikalılar Qibbsə keçidlə bağlı təklif göndərib.

Qeyd edək ki, Kiran cari mövsümdə 11 oyun keçirib.