
00:21
Bu gün yaranmasının 12 ili tamam olan “Forza Neftçi” fan-klubu bunu təmtəraqlı şəkildə qeyd etməyəcək.
Bu barədə apasport.az saytına fan-klubun rəhbəri Sübhan Əliyev məlumat verib.
O bildirib ki, 44 gün çəkən və Azərbaycan ordusunun şanlı zəfəri ilə nəticələnən Vətən müharibəsini nəzərə alaraq, bu addımı atacaqlar. Əliyev fan-klubun Şəhidlər Xiyabanını ziyarət edəcəyini söyləyib: “Bu il ad günü keçirməyəcəyik. “Forza Neftçi”nin yaranma gününü Şəhidlər Xiyabanında, şəhidlərimizin məzarı önündə qeyd edəcəyik. Bir azarkeş qrupu kimi, bu bizim borcumuzdur”.
Qeyd edək ki, “Forza Neftçi” 2009-cu ildə yaradılıb.