14:35 09-02-2021
news_image
112
FUTBOL

Bombardiri transfer edir – “Liverpul”

İngiltərənin “Liverpul” klubu Pedru Qonsalveşi transfer edəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Portuqaliya “Sportinq”inin yarımmüdafiəçisini heyətinə qatmağa qərar verib.

Mersisaydlılar futbolçunun nümayəndələri ilə ilkin danışıqları da başa vurub. “Qırmızılar” Qonsalveşin keçidini yayda rəsmiləşdirməyi planlaşdırır. Hücumameylli futbolçu öncə xətti gücləndirməlidir.

Qeyd edək ki, Qonsalveş cari mövsüm 15 oyunda 14 qol vurub. O, yarımmüdafiəçi olsa da, Portuqaliya çempionatının ən yaxşı bombardiridir.