14:54 09-02-2021
news_image
164
FUTBOL

Koçukun keçidini rəsmiləşdirdi - "Keşlə"

"Keşlə" növbəti keçidini reallaşdırıb.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yarımmüdafiəçi Yevgeni Koçukla müqavilə imzalandığını təsdiqləyib.

Qış fasiləsində "Sabah"dan ayrılan Moldova millisinin üzvü ilə mövsümün sonuna qədər saziş bağlanıb.

Qeyd edək ki, Koçuk buna qədər Moldovanın "Daçia", Slovakiyanın "Jilina", Azərbaycanın "Səbail" və "Sabah" klublarında çıxış edib. 
Həmçinin 2015-ci ildən Moldova millisinə dəvət alan 27 yaşlı futbolçu yığmada 25 oyun keçirib.