16:04 09-02-2021
news_image
170
FUTBOL

Ronaldo satılır? – “Yuventus”un şərti

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb “qoca sinyora”nın yeni müqavilə təklifindəki şərtlərdir.

Turin təmsilçisi Portuqaliya millisinin kapitanına yeni birillik saziş təklifini 27 milyon funt-sterlinqlik məvacibində endirimə getməsi şərti ilə edib. Lakin 36 yaşlı superulduz buna müsbət yanaşmır. Bu səbəbdən italyanlar 2022-ci ilin yayına qədər müqaviləsi olan forvardı yayda satmağın əleyhinə deyil. Onun xidmətində ən çox maraqlı olan klub isə sabiq komandası “Mançester Yunayted”dir. “Yuventus” Ronaldonun keçidi müqabilində qarşı tərəfdən fransalı yarımmüdafiəçi Pol Poqbanı da istəyə bilər.

Qeyd edək ki, Kriştianu Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.