23:48 09-02-2021
news_image
310
STOLÜSTÜ OYUNLAR

Rəcəbov üstünlüyü əldən verdi – 1/4 finalda

Bu gün  “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın dördüncü günündə 1/4 final mərhələsinin ilk matçları keçirilir.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə görüşüb. 34 yaşlı təmsilçimiz 2:2 hesablı heç-heçə ilə kifayətlənib. O, iki heç-heçədən sonra 3-cü partiyada qara fiqurlarla qalib gəlsə də, 4-cü oyunda ağlarla uduzub.
 
Şahmatçılar arasında ikinci matç isə fevralın 10-da keçiriləcək.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

“Opera Euro Rapid”
1/4 final, ilk matç
9 fevral

Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) – 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)