17:46 09-02-2021
news_image
117
FUTBOL

Müqaviləsi uzadılacaq - İbrahimoviçin

İtaliyanın “Milan” klubu hücumçusu Zlatan İbrahimoviçlə müqavilənin uzadılması barədə danışıqlara başlayacaq.

Apasport.az saytının məlumatına görə, tərəflər daha bir mövsümlük anlaşmağı planlaşdırır.

39 yaşlı isveçli Milanın eyniadlı təmsilçisində qalmağın əleyhinə deyil. O, komandasını Çempionlar Liqasına qaytarmaq və qitənin ən nüfuzlu klub turnirində oynamaq niyyətindədir. Yeni müqavilədə Zlatanın maaşının azalacağı ehtimal edilir. Hazırda ildə 7 milyon avro qazanan forvard güzəştə getməli olacaq.

Qeyd edək ki, İbrahimoviç cari mövsümün 17 matçında 16 qol vurub.