18:22 09-02-2021
news_image
266
FUTBOL

"Qarabağ"ın sabiq futbolçusu ilə müqavilə bağladı - "Keşlə"

"Keşlə" yeni futbolçu ilə güclənib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Bakı klubu Elvin Yunuszadə ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı müdafiəçi buna qədər ölkəmizdə "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.

Elvin Yunuszadə Azərbaycan milli komandasının heyətində 3 dəfə meydana çıxıb.