00:08 10-02-2021
news_image
110
FUTBOL

“Milan” “Real”la mübarizə aparır – argentinalı üçün

İtaliyanın “Milan” klubu Markos Senesini transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Niderlandın “Feyenord” klubunun müdafiəçisinə elçi düşən ikinci Avropa nəhəngidir.

Milanlılar futbolçunu ələ keçirmək üçün İspaniya “Real”ı ilə mübarizə aparır. “Rossonyeri” 23 yaşlı argentinalı üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Senesi cari mövsüm 26 oyunda 2 qol vurub.