00:41 10-02-2021
news_image
84
FUTBOL

“Barselona” ilə oynamayacaq – Di Mariya

Fransanın PSJ klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, Anxel di Mariya “Barselona” ilə qarşılaşmada parislilərə kömək etməyəcək.

Buna səbəb yarımmüdafiəçinin zədəli olmasıdır. Anxelin meydana çıxa bilməyəcəyini baş məşqçi Maurisio Poçettino da təsdiqləyib.

Qeyd edək ki, “Barselona” – PSJ matçı fevralın 16-da keçiriləcək.