23:19 09-02-2021
news_image
90
FUTBOL

“Benfika” – “Arsenal” oyunlarının yeri dəyişdirildi – Avropa Liqasında

Avrokubokların daha iki oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, buna koronavirusun Britaniya ştammı səbəb olub.

1/16 final mərhələsinin “Benfika” - “Arsenal” görüşü İtaliyanın paytaxtı Romadakı Olimpiya stadionunda keçiriləcək. Cavab qarşılaşması isə Yunanıstanın Afina şəhərindəki Giorgios Karaiskakis tadionunda baş tutacaq.

Qeyd edək ki, ilk oyun fevralın 18-də, cavab görüşü bir həftə sonra oynanılacaq.