09:38 10-02-2021
news_image
197
FUTBOL

109 illik rekordu təkrarladı – “Mançester Yunayted”

İngiltərə kubokunun 1/8 final mərhələsində “Vest Hem”lə qarşılaşan “Mançester Yunayted” 1:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” bununla klub rekordunu təkrarlayıb.

Komanda ölkə kuboku çərçivəsində ardıcıl 9-cu dəfə “Old Trafford”dan qalibiyyətlə ayrılıb. Bu isə 109 illik rekordun təkrarlanmasına səbəb olub. “Mankunianlar” sonuncu dəfə 1908-1912-ci illərdə analoji nəticəyə imza atıb.

Qeyd edək ki, 1/4 finala adlayan “Mançester Yunayted” əvvəlki mərhələdə də “Liverpul”u (3:2) mübarizədən kənarlaşdırmışdı.