10:47 10-02-2021
news_image
65
FUTBOL

Premyer Liqadan qaçır – daha bir hakim

Daha bir hakim İngiltərə çempionatının oyunlarına təyinat almamaq üçün Futbol Assosiasiyasına müraciət edib.

Apasport.az saytının məlumatına görə, bu, Li Meysondur.

O, bir neçə gün əvvəl eyni addımı atan həmkarı Mayk Dinə qoşulub. Meyson qarşıdakı turda təyinatlardan kənar qalmağı xahiş edib.

Məsələ ondadır ki, videoassistent kimi hakimlik edən ədalət təmsilçisi son turların qalmaqala səbəb olan görüşlərində Dinin briqadasında yer alıb. “Sauthempton” – “Mançester Yunayted” (0:9) və “Vest Hem” – “Fulhem” (0:0) qarşılaşmalarında Dinin meydan sahiblərinə göstərdiyi qırmızı vərəqələr sonradan ləğv edilib. Hər iki epizodda referi videoassistentlə məsləhətləşmələrdən sonra belə qərar verib.