
00:16
İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Aleşandre Pato karyerasını Amerikada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, hücumçu Şimali və Cənubi Amerika arasında seçim etməlidir.
Ötən ilin avqustunda Braziliyanın “San-Paulu” klubundan ayrılandan sonra azad agent statusu alan Patonun xidmətində Argentinada “Argentinos Xuniors”, ABŞ-da “Orlando Siti” maraqlıdır.
Hər iki klubun nümayəndələri futbolçunun agenti ilə danışıqlara başlayıb. Patoya iki illik müqavilə təklif olunub. Qərar verməkdə tələsməyən forvardın özü Avropada oynamaq arzusundadır.