11:15 10-02-2021
news_image
130
FUTBOL

“Real”a yenə “yox” dedi – Serxio Ramos

İspaniyanın “Real” klubu kapitanı Serxio Ramosa növbəti təklifini edib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi ilə ulduz futbolçu arasındakı budəfəki danışıq da uğursuz nəticələnib.

“Real” rəhbərliyi maaşın 10 faiz azaldılması şərtilə 2 illik yeni saziş təklif etsə də, 34 yaşlı müdafiəçi növbəti dəfə bunu rədd edib. İspanlar artıq Ramosla danışıqları dayandırmaq və başqa təklif etməmək qərarına gəlib.

Qeyd edək ki, dizindən əməliyyat olunduğu üçün komandadan kənarda qalan Serxio Ramosun müqavilə müddəti mövsümün sonuna qədərdir.