
00:00
Fransa Liqa1 təmsilçisi “Nitsa” baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi iki mütəxəssisin namizədliyini nəzərdən keçirir.
Bunlar Lüsyen Favr və Peter Bosdur. 2016-18-ci illərdə də “Nitsa”ya rəhbərlik edən Favr klubu Liqa1-də tarixinin ilk medallarına daşıyıb.
İsveçrəli mütəxəssis ötən ilin dekabrından klubsuzdur. Həmin vaxt Favr Dortmund “Borussiya”sından istefaya göndərilib.
Bos isə hazırda “Bayer”ə rəhbərlik edir. Niderlandlı 2016/17 mövsümündə “Ayaks”ı Çempionlar Liqasının finalına daşıyıb.
Qeyd edək ki, “Nitsa” hazırkı baş məşqçisi rumıniyalı Adrian Ursyanı uğursuz nəticələr üzündən postundan kənarlaşdırmaq niyyətindədir.