12:33 10-02-2021
news_image
115
FUTBOL

Sulşerə yeni müqavilə təklifi – maaşı qaldırılır

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşerlə müqaviləni uzatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi norveçli mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.

Bu, komandanın uğurlu çıxışı ilə bağlıdır. Premyer Liqada titul uğrunda mübarizə aparan komanda növbəti mövsümdə Çempionlar Liqasının qrupunda yer almaq şansına malikdir.

“Mançester Yunayted” skandinaviyalıya 2 illik anlaşma təklif edəcək. Sulşer yeni müqaviləyə əsasən daha çox – ildə 6 milyon funt sterlinq qazanacaq. 47 yaşlı mütəxəssisin indiki müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Sulşer 2019-cu ilin martından klubun baş məşqçisidir.