12:39 10-02-2021
news_image
124
FUTBOL

Müdafiəçisi ilə müqaviləni uzadır - “Mançester Siti”

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Con Stounsun gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi müdafiəçini heyətdə saxlamağa qərar verib.

Premyer Liqa təmsilçisi Conla müqaviləni uzadacaq. Mançesterlilər müqaviləsi 2022-ci ilin yayında başa çatacaq arxa xətt oyunçusunu daha uzun müddət sıralarında saxlamaq niyyətindədir.

Qeyd edək ki, Stouns cari mövsüm 20 oyunda 3 qol vurub.