15:19 10-02-2021
news_image
321
FUTBOL

Premyer Liqa klubunda baxışdadır – millimizə namizəd futbolçu

Azərbaycan yığması üçün milliləşdirilməyə potensial namizədlərdən olan Səid Əliyev Rusiya klubu “Veles”i tərk edib.

Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisi ilə vidalaşan 22 yaşlı hücumçu azad agent statusu alıb.

Ancaq Əliyev tezliklə Rusiya Premyer Liqasında çıxış edə bilər. Çünki “Tombov” klubu onun xidmətində maraqlıdır. Futbolçu Krımda təlim-məşq toplanışında olan elita təmsilçisinin düşərgəsinə qoşulub. Baxışdan uğurla keçəcəyi təqdirdə Premyer Liqanın debütantı ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, “Anji”nin yetirməsi olan dağıstanlı hücumçu “Luç” və “Nijni Novqorod”dan sonra keçən ilin yayında Moskva “Veles”inə üz tutub. Səid bu komandanın heyətində keçirdiyi 19 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.