15:50 10-02-2021
news_image
744
FUTBOL

Evində meyiti tapıldı - Boatenqin keçmiş sevgilisinin

Almaniyanın “Bavariya” klubunun futbolçusu Cerom Boatenqin keçmiş sevgilisi Kasya Lenhardt ölüb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı modelin meyiti öz evində aşkarlanıb.

Berlin polisi onun ölümünün zorakılıqla bağlı olmadığını müəyyənləşdirib. Boatenq ötən həftə 25 yaşlı Kasya ilə münasibətlərinin başa çatdığını açıqlayıb. Cütlük 15 ay sevgi macərası yaşayıb.

Qeyd edək ki, ötən ay cütlük avtomobil qəzasına düşüb. Həmin vaxt Kasyanın qanında alkoqol aşkarlanıb.