21:12 10-02-2021
news_image
440
FUTBOL

AFFA ilə mübarizədən qalib ayrıldı – “Sabah”

Bu gün AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşlarının iştirakı ilə təşkil olunan “Zəfər” turnirinə start verilib. 

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 6 oyun təşkil olunub. 

Mübarizəyə 1/8 finaldan başlayan AFFA “Sabah”la bacarmayaraq, mübarizəni startdaca dayandırıb. Onlar 4:7 hesabı ilə uduzublar. “Sabah” ardınca “Qarabağ”a da qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda onların rəqibi "Neftçi"ni darmadağın edən "Qəbələ" olacaq. 

"Sabah" kimi, “Səbail” də ilk iki oyununu qələbə ilə bitirib. Onlar 1/2 finalda PFL-dən üstün olan “Keşlə” ilə üz-üzə gələcəklər. 

Yarımfinal və final matçları sabah təşkil ediləcək.  

1/8 final
AFFA – “Sabah” - 4:7
“Səbail” – “Sumqayıt” - 1:0

1/4 final
“Keşlə” – PFL - 2:1
“Qəbələ” – “Neftçi” - 6:1
“Zirə” – “Səbail” - 0:2
“Qarabağ” – “Sabah” - 2:3