23:42 10-02-2021
news_image
232
FUTBOL

Kubokda yenə “Alanyaspor”a uduzdu – “Qalatasaray”

Türkiyə kubokunda 1/4 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha bir oyun keçirilib.

18 dəfə turnirin qalibi olmaqla kuboku muzeyinə ən çox aparan komanda “Qalatasaray” son finalçı “Alanyaspor”la üz-üzə gəlib. Ötən mövsüm məhz 1/4 finalda “cim-bom”a qalib gələn alanyalılar eyni uğuru təkrarlayıb. “Türk Telekom Arena”dakı matçda 3:2 hesablı qələbə qazanan Çağdaş Atanın yetirmələri yenə mübarizəni davam etdiriblər. “Fənərbaxça”nın ardından isə “Qalatasaray” da kubokla vidalaşıb.

“Alanyaspor”un yarımfinal mərhələsindəki rəqibi fevralın 11-də keçiriləcək “Sivasspor” – “Antalyaspor” cütünün qalibi olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin “Konyaspor” – “Beşiktaş” matçı da sabah baş tutacaq. Mərhələnin ilk oyun günündə “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Başakşəhər” mərhələ adlayıb.

Türkiyə kuboku
Yarımfinal mərhələsi
10 fevral
“Qalatasaray” – “Alanyaspor” – 2:3

Mustafa, 83, Gedson Fernandes, 90+4 - Babakar, 31, 48 (pen.), Salih Uçan, 41