00:47 11-02-2021
news_image
134
FUTBOL

“Barselona” Koutinyonu oynatmayacaq – “Liverpul”a görə

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Filipp Koutinyoya daha oynamaq şansı verməyəcək.

Apasport.az xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.

Bildirilib ki, braziliyalı pleymeyker 7 matçda meydana çıxarsa, kataloniyalılar onun əvvəlki klubu olan “Liverpul”a daha 5 milyon avro bonus ödəməli olacaq. Ötən mövsümün sonunda İngiltərə təmsilçisinə 30 milyon avroluq bonus ödənişi edən İspaniya nəhəngi buna son qoymaq üçün ulduz futbolçunun iştirakına mane olacaq. Komanda yayda Braziliya millisinin üzvünü transferə çıxaracaq.

Qeyd edək ki, Filipp Koutinyonun “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.