Fransa kubokunun 1/32 final mərhələsində “Qrenobl”la qarşılaşan “Monako” 1:0 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, Knyazlıq klubu üçün əlamətdar nəticə ilə yadda qalıb.
Çünki Niko Kovaçın kollektivi bütün yarışlarda ardıcıl 8-ci qələbəsini qazanıb. Bununla komanda 24 illik uğurlu göstəricisini təkrarlayıb. “Monako” sonuncu dəfə 1997-ci il oktyabr-dekabr aylarında analoji nəticəyə imza atıb.
Qeyd edək ki, Niko Kovaç ötən ilin yayından “Monako”nu çalışdırır.