09:29 11-02-2021
news_image
99
FUTBOL

Üçüncü “beş” – Mourinyodan

Portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasında 3-cü dəfə komandasının 5 qol buraxmasına şahid olub.

Apasport.az saytının məlumatına görə, bu, İngiltərə kubokunda yaşanıb.

Onun çalışdırdığı “Tottenhem” “Everton”la matçın əlavə vaxtında 4:5 hesabı ilə uduzub. Bunadək yalnız iki komanda Mourinyonun yetirmələrinə bu qədər qol vurub.

2010-cu ildə Mourinyo “Real”ın baş məşqçisi kimi “Barselona”dan 0:5 hesablı məğlubiyyət alıb. 2015-ci ildə isə “Çelsi” ilə “Tottenhem”ə uduzub – 3:5.