09:42 11-02-2021
news_image
1376
TOP OYUNLARI

Olimpiya çempionlarından cəsarətli addım - FOTOSESSİYA

ABŞ milli komandasının futbolçusu Meqan Rapino yenidən diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, qeyri-adi açıqlamaları ilə gündəmdə olan 35 yaşlı idmançı bu dəfə nişanlısı ilə cəsarətli addım ataraq fotosessiyanın qəhrəmanı olub.

Meqan sabiq basketbolçu, vaxtilə qadınların NBA-sında oynamış Syu Berdlə çılpaq şəkillərini öz instaqram səhifəsinə də paylaşıb. Olimpiya çempionları 2016-cı ildən görüşür. Həmcinslər ötən ilin oktyabrında nişanlanıb.

Qeyd edək ki, Meqan 2012-ci, Syu 2004, 2008, 2012 və 2016-cı illərdə Olimpiya çempionu olub.