10:27 11-02-2021
news_image
1101
FUTBOL

Azərbaycan millisi irəliləyəcək – Zimbabvenin hesabına

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, fevralın 18-də dərc olunacaq 2021-ci ilin ilk siyahısında bir sıra dəyişikliklər olacaq.

Bu, Azərbaycan yığmasından da yan ötməyəcək. Hesabat dövründə heç bir matça çıxmayan millimizin mövqeyi dəyişəcək.

İtaliyalı baş məşqçi Canni de Byazinin yetirmələri 1180 xalla 108-ci yerdə qərarlaşacaq. Komandamız bu pilləni eyni xala malik Estoniya ilə bölüşəcək.

Milli ötən cədvəllə müqayisədə bir pillə irəliləyəcək. Buna səbəb Zimbabvenin geriləməsidir. Afrika təmsilçisi 4 pillə geriləməklə 108-ci yerdən 112-ci sıraya yuvarlanacaq. Nəticədə Azərbaycan, Estoniya, Tailand və Liviya irəliləyəcək.

Qeyd edək ki, 1489 xala malik Türkiyə millisi 32-ci pillədə qalacaq. İlk “üçlük”də də dəyişiklik olmayacaq. Belçika (1780), Fransa (1755) və Braziliya (1743) xala malik olacaq.