
00:00
İngiltərə kubokunun 1/8 final mərhələsində “Everton”la “Tottenhem” arasında keçirilən oyun bol qollu alınıb.
Apasport.az saytının məlumatına görə, Liverpul klubunun 5:4 hesabı ilə qalib gəldiyi görüş tarixə düşüb.
60 ildən sonra ilk dəfə yüksək liqanın iki komandası arasında ölkə kubokunda keçirilən oyunda 9 qol vurulub. Sonuncu dəfə 1961-ci ildə “Şeffild Yunayted”in “Mançester Yunayted”ə 7:2 hesabı ilə qalib gəldiyi görüşdə bu göstəriciyə imza atılıb.
Qeyd edək ki, əlavə vaxtda vurulan qol sayəsində rəqibini üstələyən “Everton” 1/4 finala yüksəlib.