12:41 11-02-2021
news_image
1348
FUTBOL

“Neftçi” Ahmed Ahmedovu ikiqat maaşa gətirib - 150 min avroluq bənd

“Neftçi”nin yeni transfer Ahmed Ahmedovla bağlı planları məlum olub.

Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, paytaxt təmsilçisi mövsümün sonunda oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Xəbərdə vurğulanıb ki, Ahmedovun “Neftçi”dəki maaşı MOİK-də qazandığından ikiqat çox olacaq. Ancaq altı aylıq icarə üçün MOİK simvolik məbləğ qazanacaq.

Klublar arasındakı müqavilədə yer alan bəndə əsasən, “ağ-qaralar” 26 yaşlı bolqarıstanlı hücumçunu yayda transfer etmək istəyərsə, bunun qarşılığında Sofiya təmsilçisinə 150 min avro ödəniş etməli olacaq.

Qeyd edək ki, Ahmed Ahmedovun MOİK-lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.