12:55 11-02-2021
news_image
83
FUTBOL

XVI turun təqvimi açıqlandı - Premyer Liqada

Azərbaycan Premyer liqasında XVI turun təqvimi məlum olub.

Apasport.az saytının məlumatına görə, turun matçları iki günü əhatə edəcək.

Lider “Qarabağ” fevralın 19-da “Sumqayıt”ın qonağı olacaqsa, onun ən yaxın izləyicisi “Neftçi” ertəsi gün “Qəbələ”ni qəbul edəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (şənbə)

16:00. “Səbail” – “Sabah”
“ASCO Arena”
18:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

20 fevral (şənbə)
16:00. “Keşlə” – “Zirə”

“ASK Arena”
18:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”