13:35 11-02-2021
news_image
122
FUTBOL

Koronavirus səbəbindən finala çıxmayacaq – “Bavariya”nın futbolçusu

Klublararası Dünya çempionatının finalında “Tiqres”lə qarşılaşacaq “Bavariya” bugünkü matça itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, daha bir aparıcı futbolçunun həlledici görüşdə meydana çıxmayacağı dəqiqləşib.

Bu, yarımmüdafiəçi Tomas Müllerdir. Buna səbəb ulduz futbolçunun koronavirus testinin pozitiv çıxmasıdır. Karantinə alınan Müller Bakı vaxtı ilə saat 22:00-da start götürəcək qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, “Bavariya”nın müdafiəçisi Jerom Boatenq isə keçmiş sevgilisinin ölümü ilə əlaqədar komandanın düşərgəsini tərk edib.