14:42 11-02-2021
news_image
119
FUTBOL

“Barselona” ilə oyunu buraxacaq - Neymar

Fransanın PSJ klubunun hücumçusu Neymarın durumuna aydınlıq gəlib.

Apasport.az saytının L'Equipe nəşrinə istinadən məlumatına görə, braziliyalı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya təmsilçisi “Barselona” ilə ilk oyunu buraxacağı dəqiqləşib.

29 yaşlı superulduz Fransa kubokunun 1/32 final mərhələsində “Kan”la görüşün 60-cı dəqiqəsində sol ayaq əzələsindən zədələnərək əvəzlənib. Paris təmsilçisi tibbi müayinənin nəticəsini hələ açıqlamayıb.

Onunla yanaşı, bir müddət əvvəl zədələnən argentinalı yarımmüdafiəçi Anxel Di Mariya da Barselona səfərinə aparılmayacaq.

Qeyd edək ki, “Barselona” ilə PSJ arasında ilk oyun fevralın 16-da İspaniyada, cavab qarşılaşması isə martın 10-da Parisdə keçiriləcək.