15:22 11-02-2021
news_image
128
FUTBOL

“Bavariya” əl çəkmir – fransalı müdafiəçidən

Almaniyanın “Bavariya” klubu Bundesliqanın digər təmsilçisi “Leypsiq”in müdafiəçisi Dayot Upamekanodan əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvünü transfer etmək münhenlilərə asan olmayacaq.

Çünki 23 yaşlı mərkəz müdafiəçisi İngiltərə klubları “Çelsi” və “Liverpul”un maraq dairəsindədir. Hələlik “Mançester Yunayted” və Fransa çempionu PSJ vəziyyətin inkişafını izləyir. Upamekanonun sərbəst qalma məbləği isə 42 milyon avrodur.

Qeyd edək ki, Dayot Upamekanonun “Lepysiq”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.